Məhkəmə Sarqsyanın qardaşının həbsinə qərar verdibackend

Məhkəmə Sarqsyanın qardaşının həbsinə qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Naira Arutunyan məlumat verib.

L.Sarqsyan \”Şimal-Cənub\” magistral yolunun tikintisi zamanı sui-istifadə hallarına yol verməkdə təqsirləndirilir.

Bundan əvvəl, ibtidai istintaq zamanı L.Sarqsyan qanunsuz olaraq əldə edilən gəlirlərin leqallaşdırılmasında ittiham edilirdi.

2018-ci ilin iyulunda keçmiş prezidentin qardaşı qızı ilə birlikdə axtarışa verilmişdi. Məhkəmə L.Sarqsyan barəsində həbs qərarı çıxarmışdı. Lakin L.Sarqsyan xaricdə yaşadığına görə, onun həbsə edilməsi mümkün olmayıb. Bəzi məlumatlara görə, L.Sarqsyan Livanda gizlənir.