Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


İdman  

"Qarabağ" - "Sevilya" matçının biletləri satışa çıxarılıb

Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə Bakıda keçirəcəyi oyunu üçün biletlər satışa çıxarılıb.

Dərc edilib: 13 sentyabr 2019 [15:14]
Baxış sayı: 3296

İnterpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma üçün ən ucuz bilet 3 manatdır. Satışda 5, 15, 20, 50 manatlıq və VİP sektor üçün 100 manatlıq biletlər də var.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY" T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190