Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq, 8.25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul edib

Dərc edilib: 13 sentyabr 2019 [15:22]
Baxış sayı: 12498

İnterpress.az Mərkəzi Banka istinadən xəbər verir ki, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilib.

Faktiki inflyasiya hədəf diapozonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur.

Yenilənmiş proqnozlara görə, 2019-cu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2%) daxilində qalacaq.

Bu qərar 13 sentyabr 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-ci il oktyabr ayının 25-də ictimaiyyətə açıqlanacaq və bu tarixdə qrafikə uyğun olaraq mətbuat konfransı keçiriləcək.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190