Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Süleyman Mikayılov sakinlərin problemlərini dinlədi

Bu gün Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib.

Dərc edilib: 13 sentyabr 2019 [17:12]
Baxış sayı: 1452

İnterpress.az xəbər verir ki, görüşdə Qaradağ rayon rəhbəri Süleyman Mikayılov, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

100-dən çox qəsəbə sakinlərinin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərini salamlayaraq, qeyd edib ki, prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır.

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.

Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Süleyman Mikayılov sakinlərin problemlərini dinlədi

Süleyman Mikayılov sakinlərin problemlərini dinlədi

Süleyman Mikayılov sakinlərin problemlərini dinlədi






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176