Usama bin Ladenin oğlu öldürüldübackend

Usama bin Ladenin oğlu öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama yayıb.

Trampın sözlərinə görə, ABŞ silahlı qüvvələrinin Pakistan və Əfqanıstanda apardığı əməliyyatlar nəticəsində məhv edilən terrorçulardan biri də Hamza bin Ladendir.

ABŞ dövlət başçısı hesab edir ki, kiçik bin Ladenin ölümü təşkilatın fəaliyyətinə böyük zərbə vuracaq, eyni zamanda terroçuların onun atası ilə “mənəvi əlaqəsi”ni aradan qaldıracaq.

Qeyd edək ki, Hamza bin Ladenin ölümü ilə bağlı yayda məlumat yayılsa da, ABŞ rəsmiləri bunu təsdiqləməmişdi.