İnterpress.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın “JoongAng Ilbo” qəzeti yayıb.
Məlumata görə, dəvət ABŞ prezidentinə avqustun sonunda göndərilmiş məktub vasitəsilə edilib.
Tramp həmin vaxt bildirib ki, KXDR sədrindən çox yaxşı məktub alıb. O görüşün ilin axırına kimi baş tutacağını istisna etməyib.
İki ölkə lideri artıq 3 dəfə görüş keçiriblər: Sinqapurda, Xanoyda və Koreya yarımadasındakı təhlükəsizlik zolağında.