Şumaxer xəstəxanadan evə buraxıldıbackend

Şumaxer xəstəxanadan evə buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Bu barədə BFMTV kanalının efirində fransız jurnalist Jan-Mişel Dekyuji məlumat verib.

Jurnalistin məlumatına əsasən, Şumaxer sentyabrın 11-dən 12-ə keçən gecə xəstəxananı tərk edib. Jan-Mişel əlavə edib ki, idmançının müalicəsi gizli saxlanılır:

“Bizdə olan məlumata əsasən, Şumaxerə beyni də daxil olmaqla, bütün orqanizminə müsbət təsir edəcək hüceyrələr əlavə edilmiş qan köçürülüb”.

Qeyd edək ki, məşhur pilotun xəstəxanaya yerləşdirilməsi barədə sentyabrın 9-da məlumat yayılıb. Onu Paris xəstəxanalarının birinin kardiologiya şöbəsinə yerləşdiriblər.