İŞİD üçün 5 min maşın qaçırıldı – VİDEObackend

İŞİD üçün 5 min maşın qaçırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən avtomobil kirayəsi şirkətlərində işləyən İŞİD tərəfdarlarının beş mindən çox maşını Reyhanlı bölgəsindən Suriyaya qaçırdığı iddia edilib.

Antalya Avtomobil Kirayələmə Dərnəyinin rəhbəri Ergün Akça bildirib ki, bu işdə bəzi maşın satışı və kirayəsi firmaları var. “Avtomobillər 2-3 günlüyə kirayələnir, sonra Reyhanlıda İŞİD-ə ucuz qiymətə satılır. Qaçırılan maşınlar üçün tətbiq olunan vasitələrdən biri də ikili nömrə nişanıdır. Əllərində olan maşının eynisi kirayəyə götürülür və nömrəsiylə sənədləri kirayələnən avtomobilə ötürülür. Sərhəddən bu şəkildə çıxarırlar. O biri tərəfdə də İŞİD-ə təslim edirlər. Avtomobilin nömrə və sənədləri çantayla geri gətirilərək öz maşınlarına yenidən taxılır”.

Ergün Akçanın sözlərinə görə, son iki ildə Türkiyədə ən çox Konyadan maşın qaçırılıb.

İnterpress.azhttps://youtube.com/watch?v=oxtzv3I5M7M