Bu gün UEFA Çempionlar Liqasına start veriləcək – AFİŞAbackend

Bu gün UEFA Çempionlar Liqasına start veriləcək – AFİŞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Turnirin son qalibi İngiltərə \”Liverpul\”u İtaliyada \”Napoli\” ilə üz-üzə gələcək. Qrupun digər matçında Avstriyanın \”Zaltsburq\” kollektivi Belçika \”Genk\”ini qəbul edəcək.

Günün digər maraqlı qarşılaşması F qrupunda baş tutacaq. İspaniya \”Barselona\”sı Almaniyada \”Borussiya\”nın (Dortmund) qonağı olacaq. İtaliya \”İnter\”i isə Çexiyanın paytaxtı Praqada \”Slaviya\” ilə üz-üzə gələcək.

G qrupunda \”Lion\” (Fransa) – \”Zenit\” (Rusiya) və \”Benfika\” (Portuqaliya) – \”Leyptsiq\” (Almaniya) görüşləri baş tutacaq.

Nəhayət, H qrupunda Avropa Liqasının qalibi \”Çelsi\” (İngiltərə) \”Valensiya\”nı (İspaniya), \”Ayaks\” (Hollandiya) isə \”Lill\”i (Fransa) qəbul edəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

E qrupu

23:00. \”Napoli\” (İtaliya) – \”Liverpul\” (İngiltərə)

23:00. \”Zaltsburq\” (Avstriya) – \”Genk\” (Belçika)

F qrupu

20:55. \”İnter\” (İtaliya) – Slaviya\” (Praqa, Çexiya)

23:00. \”Borussiya\” (Dortmund, Almaniya) – \”Barselona\” (İspaniya)

G qrupu

20:55. \”Lion\” (Fransa) – \”Zenit\” (Rusiya)

23:00. \”Benfika\” (Portuqaliya) – \”Leyptsiq\” (Almaniya)

H qrupu

23:00. \”Ayaks\” (Hollandiya) – \”Lill\” (Fransa)

23:00. \”Çelsi\” (İngiltərə) – \”Valensiya\” (İspaniya)