Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblarbackend

Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Akademiyadan verilən məlumata görə, həmən mərhələnin tərkib hissəsini \”Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması\” təşkil edib.

Yerli mütəxəssislər tərəfindən yaradılan stendi yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə sınaq atışları həyata keçirilib.

Proses müsbət nəticələr verib və stend öz işçi parametrlərini sınaq müddətində tam qoruyub.

Hazırda növbəti mərhələyə hazırlıq işləri aparılır və yaxın gələcəkdə yeni sınaq atışlarının keçirilməsi nəzərdə tutulur.