Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Özünüməşğulluq proqramlarına cəlb edilənlərin sayı açıqlandı

Özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib.

Dərc edilib: 17 sentyabr 2019 [15:58]
Baxış sayı: 2144

İnterpress.az-ın məlumatına görə, bunu DOST agentliyində keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub:

“Bu ilin səkkiz ayı ərzində artıq 4589 nəfər proqram tərəfindən təlimlərə cəlb edilib və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür”.

Nazir müavini qeyd edib ki, özünüməşğulluq proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiyəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir:

“Bu ilin səkkiz ayında proqrama cəlb olunanlar sırasında həssas kateqoriyalarından olan şəxslər 2555 nəfərdir. Artıq bu ilin ötən dövründə 2500-ə yaxın iştirakçı aktivlərlə təmin edilib”.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190