Masallıda atanın törətdiyi qəzada dörd yaşlı oğlu öldübackend

Masallıda atanın törətdiyi qəzada dörd yaşlı oğlu öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Köhnə Alvadı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini M.Əliyevin idarə etdiyi “Volvo” markalı yük avtomobili Cəlilabad rayon sakini, 32 yaşlı Vilayət Zeynalovun idarə etdiyi “VAZ 2106” markalı maşınla toqquşub.

V.Zeynalov və üç sərnişini – onun həyat yoldaşı, 29 yaşlı Bənövşə Zeynalova, onun beş yaşlı qızı Tamara Zeynalova və dörd yaşlı oğlu Sahil Zeynalov xəsarət alıb. Onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. S.Zeynalovun xəsarətləri ağır olduğundan xəstəxanada ölüb.