Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İraq, Kosova və KKTC dən gələn jurnalistlər AKMƏM-i ziyarət edib - FOTOLAR

Xarici jurnalistlər Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzininin sədri Məlahət Qurbanovayla görüşüblər.

Dərc edilib: 18 sentyabr 2019 [11:13]
Baxış sayı: 2550

İnterpress.az xəbər verir ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakı
Şəhərində keçirilən illik toplantısının iştirakçıları Kosova Mətbuat Şurasının sədri İbrahim Arslan , KKTC Mətbuat Şurası idarə heyətinin üzvü Gökhan Güler, İraqlı jurnalist Ersan Sarıkehya Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzini ziyarət edib.

Mədəniyyət mərkəzinə təşrif buyuran qonaqlar Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzininin sədri Məlahət Qurbanova ilə görüşüblər.

Qonaqları salamlayan mərkəzin sədri Məlahət Qurbanova AKMƏM-in yaranmasından söz açaraq qeyd edib ki, Mərkəzin yaranma ideası Türk dünyasının dəyərli Aydınları Xalq şairi Sabir Rüstəmxanlı və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlıya aiddir. Onların dəstəyi ilə mərkəzi təsis edilib və inanırıq ki AKMƏM İraq-Türkmən Azərbaycan və Türk dilli ölkələrin əlaqələrinə öz töhvəsini verəcək.

Görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq müzakirə edilib. Qonaqlar daha sonra Mədəniyyət Mərkəzinin lahiyəsi olan Azərbaycan, İraq, Türkman mətbəxini özündə birləşdirən “Habibi” restoranı ilə yaxından tanış olub.

Görüşdə Yeniçağ media qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili, Vətəninfo xəbər saytının baş redaktoru Nahid Canbaxışlı və mərkəzin üzvləri iştirak ediblər.

Sonda xatirə fotosu çəkilib

İraq, Kosova və KKTC dən gələn jurnalistlər AKMƏM-i ziyarət edib - FOTOLAR

İraq, Kosova və KKTC dən gələn jurnalistlər AKMƏM-i ziyarət edib - FOTOLAR

İraq, Kosova və KKTC dən gələn jurnalistlər AKMƏM-i ziyarət edib - FOTOLAR

İraq, Kosova və KKTC dən gələn jurnalistlər AKMƏM-i ziyarət edib - FOTOLAR








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190