Rəsmi Paris Ər-Riyada hücumları araşdırmağa kömək edəcəkbackend

Rəsmi Paris Ər-Riyada hücumları araşdırmağa kömək edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, bu barədə müvafiq qərarı Fransa Prezidenti Emmanuel Makron sentyabrın 17-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ben Salman Əl-Səudla telefon danışığından sonra verib.

“Səudiyyə orqanlarının sorğusuna cavab olaraq, ölkə başçısı şahzadəyə 14 sentyabr hücumlarının nəticələrinə və bunun arxasında kimin dayandığına aydınlıq gətirmək üçün fransız eksperlərin istintaqda iştirakını təsdiqləyib”, – deyə Fransa Prezident Administrasiyasının məlumatında bildirilir.

Qeyd edək ki, dünyanın neft üzrə ən böyük ixracatçısı və ikinci ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanı 14 sentyabr gecəsi neft qurğularına dronların hücumundan sonra hasilatı iki dəfə azaltmaq (gündə 5,7 milyon barel) məcburiyyətində qalmışdı.

Lakin Energetika naziri Əbdül Əziz ben Salman bu gün açıqlamasında ölkənin neft hasilatını operativ şəkildə əvvəlki vəziyyətinə qaytara bildiyini açıqlayıb: “Hazırda neft dronların zavodlara hücumunadək olan səviyyədə istehsal olunur”.