Ermənistanın Müdafiə naziri də istefaya gedir?backend

Ermənistanın Müdafiə naziri də istefaya gedir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, o, parlamentdə jurnalistlərə açıqlamasında gedişinin mümkün olması barədə şayiələri təkzib edib.

“Xeyr, belə şey yoxdur”, -deyə Tonoyan bəyan edib.

Onun sözlərinə görə, Baş Nazir Nikol Paşinyanla belə bir müzakirə nə təklikdə, nə də ötən gün baş tutan Təhlükəsizlik Şurasının iclasında olmayıb.

“Mənimlə Nikol Paşinyan arasında fikir ayrılığı yoxdur. İş “sinxron” üzrə gedir”, – deyə Müdafiə naziri qeyd edib.

Xatırladaq ki, sentyabrın 16-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan, sentyabrın 17-də isə Ermənistan polisinin rəisi Valeri Osipyan istefa verib.