“Azərişığ”ın maşını aşdı – Ölənlər varbackend

“Azərişığ”ın maşını aşdı – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyindən verilən məlumata görə, iki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə ağır vəziyyətdə Quba mərkəzi Rayon Xəstaxanasına aparılıb.

Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik qiymətləndiriblər. Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər.

Qeyd edilir ki, qəzaya düşənlər “Azərişıq” ASC-nin əməkdaşlarıdır.

“Azərişığ”ın mətbuat katibi Tanrıverdi Mustafayev \”Qafqazinfo\”ya bildirib ki, qurumun rəhbər şəxsləri hadisə yerinə yollanıb. Ətraflı məlumat veriləcək.