ARDNF indiyə qədər büdcəyə 100 milyard dollara yaxın vəsait transfert edibbackend

ARDNF indiyə qədər büdcəyə 100 milyard dollara yaxın vəsait transfert edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən \”dəyirmi masa\”da Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.

Onun sözlərinə görə, ARDNF-a daxil olan vəsaitin 148,3 milyard dolları neft-qaz layihələrinin həyata keçirilməsindən, qalan 6,3 milyard dolları isə Fondda toplanmış vəsaitlərin idarə edilməsindən daxil olan vəsaitdir.

İ. Məmmədov onu da deyib ki, ötən dövrdə ARDNF-in xərcləri 112 milyard dollara yaxın olub ki, bunun da 95,5 milyard dolları dövlət büdcəsinə transfertlərin payına düşüb.