Səudiyyə Ərəbistanının neft emalı zavodlarına İran hücum edib – İDDİAbackend

Səudiyyə Ərəbistanının neft emalı zavodlarına İran hücum edib – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bununla bağlı “Fransa Press” adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Şənbə gecəsi Səudiyyə Ərəbistanındakı iki neft obyektində pilotsuz təyyarələrin hücumları nəticəsində yanğın baş verib. Ən böyük ixracatçı və üç ən böyük neft istehsalçısından biri olan ölkə hücumdan sonra neft hasilatını iki dəfəyə qədər azaltdığını (normal göstərici təqribən 9,8 milyon barel idisə, indi 5.7 milyon barelə düşüb) söyləyib.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının vuruşduğu yəmənli üsyançılar neft zavoduna pilotsuz uçuş aparatları ilə hücumu öz üzərinə götürüb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumun Yəməndən gəldiyinə dair heç bir dəlilin olmadığını söyləyib və İranı günahlandırıb.

İran Xarici İşlər Nazirliyi isə bu iddiaları rədd edib.