Kiyevdə 2 etiraz mitinqi keçirilirbackend

Kiyevdə 2 etiraz mitinqi keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər administrasiyasının qarşısına toplaşan bir neçə yüz adam şəhər meri Vitali Klitschkonun istefasını tələb edirlər.

Onlar meriyanı komunal xərclər və ictimai nəqliyyatda tariflərin bahalaşması, sosial vəziyyətin pisləşməsində günahlandırırlar.

Ukrayna mətbuatının məlumatına görə, Klitschko aksiyaçıların qarşısına çıxıb.

Həmçinin eyni gündə Ali Radanın qarşısında etiraz mitinqi keçirilir.

“Ukrainskaya Pravda” portalının məlumatına görə, 300-dək şaxtaçı maaşların verilməsini və dövlət mədənlərinin bağlanmasının dayandırılmasını tələb edirlər.

Ukrayna hökuməti kömür sənayesində islahatlar aparılması üçün Enerketika nazirliyinə şaxtaçıların həmkarlar ittifaqı ilə birgə komissiya yaradılmasını göstəriş verib.

İnterpress.az