Gürcüstanın baş naziri qatillərin əfv edilməsi məsələsində prezidentlə razılaşmayıbbackend

Gürcüstanın baş naziri qatillərin əfv edilməsi məsələsində prezidentlə razılaşmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında bildirib.

Hökumət başçısının sözlərinə görə, prezidentin məhkumların əfvinə moratorium qoyması sübut edir ki, qanunvericiliyə dəyişikliklər edilməlidir: “Bunun üçün parlamentlə müzakirə aparılmalı və əlbəttə ki, bəzi filtrlər müəyyən olunmalıdır ki, ciddi cinayətlərə görə məhkum olunan, xüsusən də qatillər amnistiyaya düşməsin”.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili bu gün məhkumların əfvinə moratorium qoyub. Dövlət başçısının son qərarları ilə iki məhkum azadlığa çıxıb. Onlardan biri 22 yaşlı polis əməkdaşı, digəri isə 18 yaşlı tələbəni qətlə yetirib. Yerli mətbuatın yaydığı məlumata əsasən, prezident qətlə görə həbs cəzası çəkən üç nəfəri əfv edib.