Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Əsrin müqaviləsi” müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük töhfə verdi

Eldəniz Səlimov: "Azərbaycanın bugünki inkişafında "Əsrin müqaviləsi"nin mühüm rolu vardır"

Dərc edilib: 18 sentyabr 2019 [17:32]
Baxış sayı: 7879

Tarixə "Əsrin müqaviləsi" kimi düşən neft kontraktının imzalanmasından 25 il keçir. 25 il əvvəl, 1994-cü il, sentyabr ayının 20-də Qərbin nüfuzlu neft şirkətləri ilə imzalanan bu müqavilə müstəqil Azərbaycanın tarixində yeni bir səhifənin, mərhələnin başlanğıcı idi. Neft sektorunun, eləcə də Azərbaycan iqtisadiyyatının inkişafı mərhələsi. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət və həmin siyasətin məntiqi nəticəsi olaraq imzalanan "Əsrin müqaviləsi" ölkəmizin hərtərəfli inkişafı, tərəqqisinə yol açdı desək yanılmarıq. Təsadüfi deyil ki, bu gün mübaliğəsiz filansız qürurla, əzmlə deyə bilirik ki, Azərbaycanın bu günkü inkişafının təməlini məhz Heydər Əliyevin uğurlu neft strategiyası və bu strategiyanın məntiqi nəticəsi olaraq imzalanan "Əsrin müqaviləsi" təşkil edir. Düzdür, müstəqil Azərbaycanın o illərdə belə bir qlobal əhəmiyyətli qərar verməsi, addım atması rəsmi Bakının yaxın və uzaq qonşuları tərəfindən məmnunluqla qarşılanmırdı və müəyyən xarici dairələr hər vasitə ilə belə bir müqavilənin imzalanmasına mane olmağa çalışırdılar. Lakin Heydər Əliyev qətiyyəti və siyasi iradəsi bütün bu əngəllərin aradan qaldırılmasına nail oldu və beləliklə, 1994-cü il, sentyabr ayının 20-də "Əsrin müqaviləsi" imzalandı. Elə biz də millət vəkili Eldəniz Səlimovla 25 il öncəyə nəzər saldıq və sözügedən müqavilənin imzalanmasını zəruri edən amillərə diqqət çəkdik. "OLAYLAR" verdiyi müsahibədə Eldəniz Səlimov 25 il əvvəl imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycana gətirdiyi dividentlər, ölkəmizin bu günkü inkişafında adıçəkilən müqavilənin əhəmiyyətindən danışdıq.

- Eldəniz müəllim, bu günlərdə tarixə "Əsrin müqaviləsi" kimi düşən neft kontraktının imzalanmasından 25 il keçir. 25 il əvvəl imzalanmış "Əsrin müqaviləsi" Azərbaycana nə verdi?

-İlk növbədə onu qeyd etmək lazımdır ki, "Əsrin müqaviləsi" müstəqilliyimizin möhkəmlənməsinə ölkəmizin inkişafına böyük töhfə verdi. "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycanın dünya ölkələri arasında mövqeyi qısa müddətdə xeyli yaxşılaşdı. Ölkəmiz yeni neft strategiyasını müəyyənləşdirdi. Bu Azərbaycan tarixini zənginləşdirən bir hadisə kimi " Əsrin müqaviləsi" kimi tarixə düşdü. Ölkədə neft sektoru ilə yanaşı qeyri-neft sektoru da inkişaf etdi.

-Məlumdur ki, müəyyən xarici dairələr həmin dövrdə belə bir müqavilənin imzalanmasınl ciddi cəhdlə əngəlləməyə çalışırdı. Əgər həmin dövrdə ümummilli lider Heydər Əliyev hakimiyyətdə olmasa müqavilənin bu formada imzalanması mümkün olardımı?

-1993-cü il Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ölüm ya ölüm məsələsini həll etdi. Ölkəni bu vəziyyətdən qurtarmaq üçün müxtəlif yollar axtarıldı. Ilk növbədə ölkənin dağılmaq qarşısını almaq, sonra inkişaf barədə fikirləşmək lazım idi. Bu baxımdan ümummilli lider neft müqavilələri barədə müzakirələrə xüsusi yer verdi. Uzun müddət müqavilələr üzərində işlənildi. Nəticə etibarilə ölkənin mənafeyinə, maraqlarına xidmət edən bir müqavilə əldə edildi. Bir sözlə, neft kontraktının bağlanması üçün çox ağır danışıqlar aparıldı və nəhayət ümumilli lider Heydər Əliyev xalqın maraqlarına cavab verən böyük əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Beləilklə, 1994-cü il sentyabrın 20-də Qərbin nəhəng neft şirkətləri ilə neft kontraktı bağlanıldı. Ulu öndər Heydər Əliyevin təkidi, zəhməti, uzaqgörən siyasəti nəticəsində ölkəmizin gələcək inkişafı naminə yeni inkişaf erasına daxil olması üçün Azərbaycan neftinin Avropaya nəql olunmasına hesablanmış layihənin reallaşmasına imza atıldı. Ən əsası isə ümummilli lider nəhəng neft şirkətlərinin bu layihəyə imza etmələrinə inandırdı. Bu işi ümumilli lider Heydər Əliyevdən başqa heç bir qüvvə bu cür müqavilə imzalaya bilməzdi.

- "Əsrin müqaviləsi" ölkə iqtisadiyyatının inkişafına necə təsir göstərdi?

-"Əsrin müqaviləsi" imzalandıqdan sonra " Çıraq" yatağından hasil olunan neftin Supsa Limanından dünya bazarına ixracına başlanıldı. Nəticə etibarilə ölkə iqtisadiyyatının inkişafına təməl yarandı. Eyni zamanda "Əsrin müqaviləsi" şaxələnmiş iqtisadiyyatın yaradılmasına şərait yaratdı. Neftdən gələn gəlirlər hesabına əhalinin sosial vəziyyəti, güzaranı yaxşılaşmağa başladı və bu əhalinin sosial rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynadı. Paralel olaraq yeni iş yerləri açıldı, istehsal sahələri yaradılmağa başlandı.

- Azərbaycanın bu günkü inkişafının təməlində məhz bu müqavilənin mühüm rol oynadığını deyə bilərikmi?

-Azərbaycanın bugünki inkişafında "Əsrin müqaviləsi"nin mühüm rolu vardır. Neft kapitalını insan kapitalına çevrilməsi qarşıya qoyulan hədəflərdən biri idi ki, möhtərəm Prezidentimiz buna nail oldu və daha çox nəticə əldə edildi. Bildiyimiz kimi ilk illərdə ölkəmizin inkişafının əsasını neft gəlirləri təşkil edirdi. Sonrakı illərdə isə neftdən əldə edilən vəsait iqtisadiyyatın müxtəlif sahələrinə yatırıldı. Iqtisadiyyat inkişaf etdi. Qarşıda duran hədəflərdən biri isə dövlət büdcəsini, neftdən asılılığını azaltmaq idi. Beləliklə, qeyri-neft sektoruna, aqrar sahəyə, kənd təsərrüfatına qoyulan vəsait, güzəştlər kəndçini torpağa qaytardı. Azərbaycan enerji təhlükəsizliyi mərkəzinə çevrildi. Ölkənin inkişafı, sabitlik, stabillik xarici investorların Azərbaycana cəlb olunmasına şəriat yaratdı. Təsadüfi deyil ki ölkəmizə o vaxtdan gələn investorlar bu gün də işləyirlər. "Əsrin müqaviləsi bu gün də öz əhəmiyyətli rolunu oynayır. Prezident Cənab İlham Əliyev demişdir ki, "Neft gəlirləri məqsəd deyil, xalqımızın maddi rifahı halının davamlı olaraq yaxşılaşdırılması üçün bir vəsaitdir". Onu da qeyd etmək yerinə düşər ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev əldə olunan uğurları və xalqımızın, dövlətimizin gələcəyini nəzərə alaraq "Əsrin müqaviləsi"nin müddətinin 2050-ci ilə qədər uzadılması ilə əlaqədar müqavilə imzaladı ki. bu da olduqca əhəmiyyətli hadisə idi. Tədricən enerji təhlükəsizliyi ilə əlaqədar yeni beynəlxalq layihələr reallaşmağa başladı. Həmçinin Azərbaycan enerji təhlükəsizliyi ilə əlaqədar olan beynəlxalq layihələrdə söz sahibinə çevrildi. Sonda "Əsrin müqaviləsinin" 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycan xalqını, neftçiləri təbrik edirəm.

Füzuli

Olaylar.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190