Rusiyada azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğradı: ölənlər varbackend

Rusiyada azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğradı: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə zamanı “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar Qayakənd xəstəxanasına çatıdırılıb. Ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir.

Yaralılar arasında üç Azərbaycan vətəndaşı da var.

İlkin ehtimallara görə, hadisə “Hyundai Solaris” avtomobilinin əks yola çıxması nəticəsində baş verib.