Hacı Əliyev dünya çempionatında medalsız qaldı – YENİLƏNİBbackend

Hacı Əliyev dünya çempionatında medalsız qaldı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçqat dünya və Avropa çempionumuz Hacı Əliyev (-65 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya birinciliyində medal qazana bilməyib.

Interpress.az xəbər verir ki, Olimpiya mükafatçımız bürünc medal üçün qatıldığı ikinci təsəlliverici görüşdə yaponiyalı Takuto Otoquroya uduzub – 9:11.

Bununla da Hacı Əliyev dünya çempionatı vasitəsilə Tokio Olimpiadasına vəsiqə qazana bilməyib.

10:29

İnterpress.az xəbər verir ki, misirli Amr Reda Ramadan Husseniyə qarşı görüşdə H.Əliyev uğur qazanıb.

Belə ki, döyüşə fəal başlayan idmançımız 4:0 hesabı ilə irəlidə olan zaman Husseni zədələnib və hakimlər görüşü yarımçıq dayandırıb.

Digər güləşçilərimizdən 70 kq çəki dərəcəsində Ağahüseyn Mustafayev ilk görüşündə türkiyəli Haydar Yavuzdan üstün olub – 7:6.

Mahir Əmiraslanov isə təsəlli görüşündə monqolustanlı Bexbayar Erdenebata məğlub olub.

Qeyd edək ki, H.Əliyev bu çempionatda xoşagəlməz hadisə ilə üzləşib. Rusiyalı Hacımurad Rəşidova qarşı görüşüdə hakimlərin haqsızlığı ilə üzləşən güləşçimiz hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını sübut etməyə çalışıb. O hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə “qırmızı” göstərib və yerə çırpıb.

Bundan sonra, H.Əliyevin dünya çempionatından diskvalifikasiya məsələsi qaldırılsa da, bu qəbul edilməyib.