Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcəkbackend

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beyləqan və Xocavənd rayonlarından olan sakinləri qəbul edəcək. Qəbul sentyabrın 24-də saat 11:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Həmin tarixdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Saatlı rayon Gənclər Mərkəzində Saatlı, İmişli, sədr müavini Gündüz İsmayılov isə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sabirabad rayon sakinləri ilə görüşəcək. Qəbulların hər ikisi saat 11:00-da başlayacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Cavanşir Bəhrəmov

Əlaqə vasitələri:

Mob: (050) 562-72-32

Telefon: (02124) 6-62-99

Elektron poçt ünvanları:

[email protected]

[email protected]

[email protected]