Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Şahin Mustafayev: "Azərbaycan-Çin Aqrar-sənaye parkının yaradılmasına 100 mln dollarla sərmayə yatırılacaq"

"Azərbaycan və Çin müxtəlif yerlərdə Aqrar-sənaye parkının yaradılması imkanlarını araşdırır".

Dərc edilib: 20 sentyabr 2019 [11:34]
Baxış sayı: 2086

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bu ilin noyabrında Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində bu ölkədə keçiriləcək idxal sərgisində bu layihənin reallaşdırılması istiqamətində daha konkret addımlar atılacaq.

Ş.Mustafayev qeyd edib ki, Çində görüş zamanı Aqrar-sənaye parkın yaradılması ilə bağlı artıq layihələr müzakirəyə çıxarılacaq: "Belə ki, layihə çərçivəsində Azərbaycanda traktor istehsalı zavodunun, suvarma avadanlıqların istehsalı, bir sıra kənd təsərrüfatı məhsullarının emal zavodunun yaradılması nəzərdə tutulur. Sərmayələrin həcmi 100 mln dollarla ölçüləcək. Yaradılacaq iş yerlərinin sayı isə minlərlə olacaq".

Xatırladaq ki, bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan İnvestisiya şirkəti ilə Çinin CAMCE şirkəti arasında Aqrar-sənaye parkının yaradılması ilə bağlı Anlaşma Memarandumu imzalanıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190