Türkmənistanda şok qanunbackend

Türkmənistanda şok qanun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, qadağanın səbəbi göstərilməsə də, idxalçılara ağ rəngli avtomobilin alınması məsləhət görülüb, çünki vebsaytda deyildiyi kimi \”bu rəng bəxt açan rəng sayılır\”.

Prezident Qurbanqulu Berdımuhamedov bu yaxınlarda ictimai tədbirlərə ağ maşınlardan ibarət avtomobil kortejində gəlməyə başlayıb.

Ölkənin 160-a yaxın yüksək rütbəli məmuru dərhal onun hərəkətini təkrarlamağa başlayıb, Rusiyanın RİA Novosti xəbər agentliyi sentyabr ayında xəbər verib.

Ölkədə eləcə də dəbdəbəli avtomobillərə və ümumi qaydalara uyğun gəlməyən avtomobil nömrə lövhələrinə qadağa qoyulub.

2014-cü ildə paytaxt Aşğabat sakinləri rəsmilərin yaşayış binalarından kondinsionerlərin yığışdırılması göstərişinə etiraz etmişdilər.

Həmin göstəriş binaların xarici görünüşündə \”səliqə yaratmaq\” məqsədilə edilmişdi.

Hökümət paytaxtı \”ağ şəhərə\” çevirmək məqsədilə milyardlarla dollar pul xərcləyərək binaların üzünə ağ mərmər daşı çəkir.

İnterpress.az