Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

Təhsil nazirinin müavini Firudin Qurbanov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayon sakinlərini qəbul edib.

Dərc edilib: 20 sentyabr 2019 [17:10]
Baxış sayı: 3346

Təhsil Nazirliyindən verilən məlumata görə, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu, dərs saatlarının artırılması, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər məsələlərlə bağlı müraciət ediblər.

Daha sonra Firudin Qurbanov Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində yaradılmış şəraitlə tanış olub, məktəbin müəllim heyəti ilə görüşüb və öz tövsiyələrini verib.

Nazir müavini həmçinin Şamaxıda yerləşən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində olub. Firudin Qurbanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Şamaxı və Qobustandan olan gənc müəllimlərlə görüş keçirib, onlara ölkəmizdə həyata keçiriən təhsil islahatları barədə danışıb, öz tövsiyələrini verib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190