Qaxda minik avtomobili ilə toqquşan yük avtomobili aşdı – FOTObackend

Qaxda minik avtomobili ilə toqquşan yük avtomobili aşdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Oxu.az istinadən xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.

Şəki sakini Elxan Səlimovun idarə etdiyi ərzaq məhsullarının satışı ilə məşğul olan firmaya məxsus 90-JS-092 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı yük avtomobili qarşıdan gələn Qax sakininin idarə etdiyi 34-BB-097 dövlət qeydiyyat nişanlı “Vaz-21011” markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan yük avtomobili yola aşıb.

Qəza nəticəsində xəsarət alan yük avtomobilinin sürücüsü Elxan Səlimov, minik avtomobilində olan Qax sakinləri Rahib Mənəfov və İlham Əhmədov Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Qaxda minik avtomobili ilə toqquşan yük avtomobili aşdı - FOTO

Qaxda minik avtomobili ilə toqquşan yük avtomobili aşdı - FOTO