Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Maşında yanan sürücü tanınmış hüquqşünas olub - Foto

Sentyabrın 19-da Sumqayıt şəhərində qəzaya düşən və maşının içində yanaraq ölən sürücü Fuad Musazadənin tanınmış hüquqşünas olduğu məlum olub.

Dərc edilib: 21 sentyabr 2019 [12:36]
Baxış sayı: 4168

İnterpress.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, F.Musazadə öncə İctimai Televizayda, ötən il isə Xalq artisti Murad Dadaşovun sahibi olduğu “M Group Production” şirkətində hüquqşünas vəzifəsində çalışıb. Daha sonra Qida Təhlükəsizliyi Agentliyindən vəzifə tutan F.Musazadə son dönəmdə isə AZTV-də işləyib.

Maşında yanan sürücü tanınmış hüquqşünas olub - Foto


Qeyd edək ki, “Mercedes” markalı maşınla “Atəşgah” sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı maşın toqquşub və “Mercedes” aşaraq yanıb. “Mercedes”in sürücüsü Fuad Musazadə olub. F.Musazadənin maşını bir ay əvvəl aldığı bildirilir.

Onunla birlikdə maşında olan sərnişin Kamran Atayev də yanaraq vəfat edib.

Maşında yanan sürücü tanınmış hüquqşünas olub - Foto







Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193