Qazaxıstanda dünyamiqyaslı Beynəlxalq Ədliyyə Forumu keçirildi – FOTObackend

Qazaxıstanda dünyamiqyaslı Beynəlxalq Ədliyyə Forumu keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbir Beynəlxalq Hakimlər Assosiasiyası və Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyası ilə Qazaxıstanın Ali Məhkəməsi tərəfindən təşkil edildi. Təntənəli keçirilən bu dünyamiqyaslı beynəlxalq iclasda 118 ölkəni 1100-dən çox iştirakçı təmsil etdi. Onların sırasında Serbiya, Gürcüstan, Moldova, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və digər dövlətlərin Ali Məhkəməsinin sədrləri və sədr müavinləri, ABŞ, Sinqapur, Yaponiya, İngiltərə, İtaliya, Fransa, Səudiyyə Ərəbistanı və digər ölkələrin Ədliyyə Nazirliklərinin vəzifəli şəxsləri, habelə dövlət məmurları və ədliyyənin sahəsi üzrə nüfuzlu beynəlxalq ekspertlər öz təcrübələri ilə bölüşdülər.

Qazaxıstanda dünyamiqyaslı Beynəlxalq Ədliyyə Forumu keçirildi - FOTO

İclasda dünyada ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmə sisteminin təşkil olunması, məhkəmə fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, ədliyyənin düzgün idarəolunması ilə bağlı qarşıda duran vəzifələr, ədliyyəyə olan qlobal təhdidlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparıldı.

Qürurverici haldır ki, tədbirin açılışını və birinci hissənin moderatorluğunu həmyerlimiz Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ – SEPEJ) prezidenti hakim Ramin Qurbanov apardı.

Qazaxıstanda dünyamiqyaslı Beynəlxalq Ədliyyə Forumu keçirildi - FOTO

Qazaxıstanda dünyamiqyaslı Beynəlxalq Ədliyyə Forumu keçirildi - FOTO

Həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanovun Qazaxıstanın Ali Məhkəməsinin sədri Jakip Asanovla, habelə Avropa və Asiya ölkələrinin digər Ali Məhkəmə sədrləri ilə ikitərəfli görüşlər keçirildi.

Qazaxıstanda dünyamiqyaslı Beynəlxalq Ədliyyə Forumu keçirildi - FOTO

Məlumat üçün bildirilir ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası bütün Avropa məkanında ədliyyənin idarəolunmasının keyfiyyətinin gücləndilməsinə cavabdeh olan Avropa Şurasının ən nüfuzlu ixtisaşlaşmış qurumudur və buna görə təsadüfi deyil ki, ədliyyənin idarəolunması sahəsində beynəlxalq forumun açılışı bu komissiyanın rəhbərinə həvalə olundu.