Atletika üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançıların adları bilindibackend

Atletika üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançıların adları bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, bu yarışda baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında dörd idmançı ölkəmizi təmsil edəcək.

Bunlar Nazim Babayev, Aleksis Kopelyo (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidandır (çəkic atma).

Ümumilikdə 11 gün davam edəcək yarışlarda 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, yarışdan əvvəl – 24-26 sentyabr tarixlərində Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci Seçki-Hesabat Konqresi keçiriləcək. Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və baş katibi Məhərrəm Sultanzadə Dohaya səfər edərək, həmin konqresdə iştirak edəcək.