Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib, ölən və yaralananlar varbackend

Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.

Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri – Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Tural Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı \”VAZ-2106\” markalı avtomobildə olub.

Qəzada iştirak edən \”Mitsubishi\” markalı \”Picap\” avtomobili \”Azərbaycan Avtomobil Yolları\” Dövlət Agentliyinə məxsusdur.