Yasamalda qəza: maşın vuran 26 yaşlı gəncin vəziyyəti ağırdırbackend

Yasamalda qəza: maşın vuran 26 yaşlı gəncin vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, 286 nömrəli orta məktəbin yaxınlığında yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abdullayev Saleh İkram oğlunu avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.