Bu ərazilərdə qaz təchizatı dayandırılıbbackend

Bu ərazilərdə qaz təchizatı dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə bir sıra təmir işləri ilə bağlı Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələri, Bağlar, Albalılıq bağ massivləri, Kanal qırağı ərazi, eləcə də, Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivlərinin qaz təchizatına məhdudiyyətlər qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 25-də səhər saat 09:00-dan etibarən aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı Xaçmaz şəhərində bir qrup abonentin qaz verilişində fasilələr yaranıb.

Zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinin icrası ilə bağlı Ağsu rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.