Aydın Hüseynov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edibbackend

Aydın Hüseynov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib.

Eyni zamanda, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və qəbul edilmiş dördüncü Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir.

“Bütün bunlar isə, şübhəsiz ki, ölkəmizdə sosial-iqtisadi inkişafın davamlı xarakter daşıdığını göstərir. Bunlara paralel olaraq əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub, insanların həyat şəraitinin yaxşılaşdırılması – rifah halının yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. Sabitliyin və təhlükəsizliyin təmin edildiyi Azərbaycanda insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanması istiqamətində görülən tədbirlər də səmərəli nəticələr verib. Qazanılan nailiyyətlər Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticələridir” – deyə, A.Hüseynov vurğulayıb.