Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Məmmədyarov Neft Fondunun ABŞ-a yatırdığı investisiyanın həcmini açıqladı

Son 30 ildə enerji təhlükəsizliyi, terrorizm və transmilli təhdidlərə qarşı mübarizə sahəsindəki strateji fəaliyyətimiz daxil olmaqla, Azərbaycan ABŞ-ın bölgədəki etibarlı tərəfdaşı olub.

Dərc edilib: 25 sentyabr 2019 [14:55]
Baxış sayı: 2747

İnterpress.az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov “2019 Xəzər Biznes Forumu”nda çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın Mərkəzi Asiya və Əfqanıstana bağlantısını təmin edən əsas ölkədir.

Eyni zamanda, ABŞ-ın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.

“2018-ci ildə ikitərəfli ticarətimiz 860 milyon ABŞ dollarını ötüb. Əvvəlki ilə nisbətən 10% artım olub”, - deyə E.Məmmədyarov əlavə edib.

Nazir bildirib ki, ABŞ bu günə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan çox sərmayə qoyub.

“Eyni şəkildə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ABŞ bazarlarına, o cümlədən, sabit gəlirə, kapitala və daşınmaz əmlaka səkkiz milyard ABŞ dollarından çox investisiya qoyub.

250-dən çox ABŞ şirkəti Azərbaycanda qeydiyyata alınıb və fəaliyyətlərini təşkil ediblər. Amerikanın böyük tikinti və əməliyyat şirkətləri, podratçılar, xidmət təminatçıları, investorları müstəqillik əldə etdikdən etibarən Azərbaycanda böyük və orta miqyaslı layihələrin əksəriyyətində iştirak ediblər”.

XİN rəhbəri xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190