MN: Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdurbackend

MN: Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyindən bildirilib ki, yayılan məlumatlar dezinformasiya xarakterlidir.

Qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan xəbər həqiqətə uyğun deyil.

“Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur. Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir”, – deyə Müdafiə Nazirliyi bəyan edib.