Bakıda yeni quraşdırılan liftlərin əyləc sistemi oğurlanıbbackend

Bakıda yeni quraşdırılan liftlərin əyləc sistemi oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib.

Belə ki, B.Nuriyev küçəsi 49 və 71 ünvanlarında yeni liftlər quraşdırılıb. Həmin liftlərin hər birinin dəyəri 550 avro olan əyləc sistemi oğurlanıb. Ümumilikdə, 7 liftin əyləc sistemi naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi paytaxtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Almaniyanın \”Wittur Holding GMBH\” şirkəti ilə müqavilə imzalayıb. Müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub.