Britaniya parlamenti işini bərpa edib, baş nazirin çıxışı gözlənilirbackend

Britaniya parlamenti işini bərpa edib, baş nazirin çıxışı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS-a istinadən xəbər verir ki, tətildən qayıdan deputatlar qarşısında çıxış edən İngiltərə və Uelsin baş prokuroru Ceffri Koks hökumətin məğlubiyyətini qəbul etdiyini və həmçinin Ali Məhkəmənin qərarını tanıdığını söyləyib.

BMT Baş Assambleyasının işində iştirak etsə də, təcili olaraq Nyu-Yorkdan Londona qayıdan baş nazir Boris Consonun parlamentarilər önündə çıxış edəcəyi gözlənilir. O, Ali Məhkəmənin qərarı ilə bağlı fikirlərini bildirməlidir.

Xatırladaq ki, sentybarın 24-də Böyük Britaniyanın Ali Məhkəməsi baş nazir Boris Consonun təşəbbüskarı olduğu parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz elan edib.