Qubada qohumlarının evlərindən oğurluq edən şəxsin istintaqı yekunlaşıbbackend

Qubada qohumlarının evlərindən oğurluq edən şəxsin istintaqı yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

Hakim İlqar Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Q.Orucəliyev bu ilin avqust ayında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Aparılan araşdırmalarla Təngəaltı kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edənin kənd sakini, 24 yaşlı Qalib Orucəliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Q.Orucəliyev qohumlarının kənd ərazisində keçirilən toy mərasimində iştirak etməsindən istifadə edərək onlara məxsus fərdi yaşayış evlərinə qanunsuz daxil olmaqla oradan pul və qızıl-zinət əşyaları oğurlayıb.

Q.Orucəliyev tərəfindən oğurluq yolu ilə əldə edilmiş pul və qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Ona Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq) maddəsi ilə ittiham verilib.