Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb-Yenilənibbackend

Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb-Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil edib. Fuad Qəhrəmanlı və vəkili isə məhkəməyə gəlməyib.

Növbəti məhkəmə iclasının nə zaman keçiriləcəyi hələ məlum deyil.

***10:33

Hakim Elman Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesi saat 10:20-də başlayacaq.

Məhkəmə iclasında nikahın ləğv olunması ilə bağlı iddia ərizəsi araşdırılacaq.

Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə təzyiq və şiddətlərə məruz qalmasını göstərib. Məlum olub ki, bu təzyiqlərə görə, Zümrüd Yağmur boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

F.Qəhrəmanlı sentyabrın 20-də AXCP sədrinin müavini vəzifəsindən istefa verib.