Cənubi Amerika Kubokunda ilk finalçı müəyyənləşibbackend

Cənubi Amerika Kubokunda ilk finalçı müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Sanqolki şəhərini təmsil edən komanda evdə Braziliya “Korintians”ı ilə keçirdikləri cavab yarımfinal oyununda 2:2 hesablı heç-heçə etməklə buna nail olub. Səfərdə 2 cavabsız qolla qalib gələn ekvadorlular həlledici matça vəsiqə qazanıblar.

Digər finalçı “Kolon” (Argentina) – “Atletiko Mineyro” (Braziliya) duelinin qalibi olacaq. Argentinalılar evdə keçirdikləri ilk görüşdə 2:1 hesabı ilə qalib gəliblər. Cavab qarşılaşması sentyabrın 27-də olacaq.

Qeyd edək ki, 2002-ci ildən keçirilən Cənubi Amerika Kubokunun ən titullu komandaları “Boka Xuniors”la “İndependyente”dir. Argentina təmsilçiləri hərəyə 2 dəfə yarışın qalibi adını qazanıblar. Hazırkı yarımfinalçılardan heç biri indiyədək bu titulu əldə etməyib.