FİFA-nın ilin ən yaxşılarını seçməsi ilə bağlı sorğuda saxtakarlıq üzə çıxıbbackend

FİFA-nın ilin ən yaxşılarını seçməsi ilə bağlı sorğuda saxtakarlıq üzə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, milli komandaların kapitanları və baş məşqçiləri, həmçinin jurnalistlərin qatıldığı səsvermə zamanı saxtakarlıq aşkarlanıb.

Nikaraqua yığmasının kapitanı Xuan Barreranın səsi düzgün hesablanmayıb. FİFA futbolçunun 1-ci yeri Lionel Messiyə, 2-ci sıranı Sadio Mane, 3-cü pilləni Kriştiuanu Ronaldoya verdiyini qeydə alıb.

Amma X.Barrera Lionel Messiyə səs vermədiyini açıqlayıb: “Mən “Ən yaxşı” mükafatı üçün sorğuda Messiyə səs verməmişəm”.

Qeyd edək ki, argentinalı futbolçu digər iki namizəd Vircil van Deyk və Kriştianu Ronaldonu qabaqlayaraq ilin ən yaxşısı seçilib. L.Messinin səsvermədəki qələbəsi birmənalı qarşılaşmayıb və ona səs verənlər ciddi tənqid olunub.