Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda ARDNF-nin təşkilatçılığı ilə investisiyalarla bağlı konfrans keçirilir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 20 illik yubileyi çərçivəsində 2019-cu il 26 sentyabr tarixində ARDNF-nin təşkilatçılığı, Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) tərəfdaşlığı və Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Bakıda "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfrans keçirilir.

Dərc edilib: 26 sentyabr 2019 [12:03]
Baxış sayı: 3677

İnterpress.az xəbər verir ki, tədbirdə institusional investorlar üçün müsbət təsirli investisiyalar bazarında ən son yeniliklər, investisiya mühiti, bu sahədə mövcud çağırış və imkanlar kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Son 10 ildə institusional investorlar arasında müsbət təsirli investisiyalara olan maraq hədsiz sürətlə artır. Bu tip investisiyalarda institusional investorlar idarə edilə bilən risklərlə yüksək gəlirlilik qazanmaqla yanaşı, bu növ investisiyalar vasitəsilə sosial və ətraf mühitə müsbət təsiretmə imkanına malik olurlar.

Konfrans müsbət təsirli investisiyaların mahiyyəti, onların maliyyə bazarları və alətlərinə təsiri, institusional investorlar tərəfindən bu investisiyaların strateji inteqrasiyası və tətbiqi, müsbət təsirli investisiyaların ölçülməsi və hesabatlılığı, bu investisiyalar üçün mövcud siyasət və qaydalar, iqlim dəyişikliyi məsələlərinə investisiyalar kimi mövzuları əhatə edən 6 sessiyadan ibarətdir.

ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov müsbət təsirli investisiyaların əhəmiyyətini vurğulayaraq qeyd edib ki, uzunmüddətli investor olaraq biz inanırıq ki, dəyər yaratma və davamlılıq bizim investisiya strategiyalarımızın əsas təməlini təşkil etməlidir və bu hədəflərə çatmaq üçün müsbət təsirli investisiyalar böyük potensiala malikdir: “Təşkil etdiyimiz bu konfransın uzunmüddətli institusional investorların bu sahədə məlumatlılığının artırılmasında mühüm mərhələ olacağına inanırıq”.

Hans Piter Lanks, İFC-nin İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti bildirib ki, 60 ildən artıqdır ki, İFC müsbət təsirlərə səbəb olan investor kimi çıxış edir: “Fəaliyyət göstərdiyimiz sahələrdə tərəfdaşlarımızla birlikdə sosial və ekoloji mənfəət naminə investisiya qoyuluşunun etimad və şəffaflığını artırmaq üçün həyata keçirilən səylərə rəhbərlik edirik. Hazırda artan sayda investor və şirkətlərin cəmiyyət üçün müsbət nəticə əldə etmək istiqamətində öz biznes modellərini və investisiya strategiyalarını uzlaşdırmaq niyyətlərini görməkdən məmnunuq. Azərbaycan Respublikası Dövlət Neft Fondu inkişaf etməkdə olan iqtisadiyyatlardan İFC-nin Vəsaitlərin İdarə edilməsi (Asset Management Company) şirkətinin idarə etdiyi aktivlərə investisiya etmiş ilk investordur. ARDNF-yə ümumi missiyamıza sadiq qaldığına görə minnətdarlığımızı bildirmək istərdik”.

Konfransda aparıcı suveren fondların, pensiya fondlarının, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər, dövlət qurumlarının, özəl sektorun, bir sıra universitetlərin təmsilçilərindən ibarət 200-ə yaxın şəxs iştirak edir.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190