Azərbaycanda yetkinlik yaşına çatmayan hamilə qadınların 25 faizinin doğuş prosesi evdə baş verirbackend

Azərbaycanda yetkinlik yaşına çatmayan hamilə qadınların 25 faizinin doğuş prosesi evdə baş verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az \”Report\”-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, yetkinlik yaşın çatmayan hamilə qadınların 25 faizinin doğuş prosesi xəstəxanada deyil, evdə baş tutur: “Bəzən yetkinlik yaşına çatmayan hamilə qızları doğuş üçün heç xəstəxanaya aparmırlar. Xüsusi həkimləri evə çağırırlar və doğuş evlərdə həyata keçirilir. Hər il bu cür faktlar qeydə alınır. Hesab edirəm ki, bu hallarla bağlı cinayət işi açılmalıdır. Yalnız bu yolla erkən nikahların qarşısı alına bilər”.

Şöbə müdiri bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikahların qarşısının alınması üçün Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir:

“Bununla yanaşı qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən 11-dən çox dövlət qurumu birgə fəaliyyət göstərmək üçün vahid bir sistemə qoşulmalıdır. Bu zaman biz qızların erkən yaşda nikaha daxil edilməsindən, qadınların erkən yaşda hamilə qalmasından və digər bütün zorakılıq xarakterli hadisələrdən anında xəbər tuta bilərik və müvafiq işlər həyata keçirə bilərik. Çünki bəzən erkən nikaha daxil edilən hamilə qadınlar arasında ana ölümü hadisəsi baş verir”.