Elmar Məmmədyarov BMT-də Azərbaycana qarşı həyata keçirilən terror hücumlarından danışıbbackend

Elmar Məmmədyarov BMT-də Azərbaycana qarşı həyata keçirilən terror hücumlarından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan XİN başçısı Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, terrorizm ən ağır cinayətlərdən biridir və buna görə pislənilməli, bunu törədənlər mühakimə olunmalıdır: “Terrorçuların müdafiə edilməsi və ideallaşdırılması hallarına yol verilməməlidir. Azərbaycanın həssas coğrafi mövqeyi və bölgədəki həll olunmamış münaqişələrin davam etməsi, üstəlik hamiya məlum olan etnik təmizləmə və ölkəmin suveren ərazilərinin işğalı, terrorçuluq da daxil olmaqla transsərhəd təhlükələrin səviyyəsini yüksəldir. 1980-ci illərin sonundan etibarən, əsassız və qanunsuz ərazi iddialarını həyata keçirmək üçün bir vasitə və müharibə üsulu olaraq, Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan xaricdən yönləndirilmiş terror hücumları həyata keçirilib. Terrorizmin yayılmasına səbəb olan bütün amillərin aradan qaldırılmasının vacibliyini dərk etməklə yanaşı, dünyanın müxtəlif yerlərində münaqişələrin həlli istiqamətindəki səyləri gücləndirmək vacibdir. Silahlı münaqişə bölgələri, xüsusən də xarici hərbi işğal altında olan ərazilər, terrorçulara və mütəşəkkil cinayətkar qrup və şəbəkələrə təbii sərvətlərin istismarı, narkotik vasitələrin və mədəni sərvətlərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və digər əlaqəli cinayətlərdən yararlanmaq üçün əlverişli şərait yaradır”.