Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Həmsədrlərdən Paşinyana zərbə - “Beyin mərkəzi” rəhbərinin şərhi

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü ilə bağlı bəyanatı göstərir ki, onlar Ermənistan Baş naziri Nikol Paşinyanın populist bəyanatlarını rədd edirlər.

Dərc edilib: 26 sentyabr 2019 [12:50]
Baxış sayı: 6150

Interpress.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib.

Onun sözlərinə görə, həmsədrlər danışıqların nəticəsini əvvəlcədən müəyyən edən təxribatçı ritorikanı qəbul etmədiklərini bildiriblər.

“Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin avqustun 5-də Xankəndidə səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır. Həmsədrlər ümumi açıqlamalarında təmas xəttində baş verən son itki ilə bağlı təəssüflərini bildiriblər. Beləliklə, sentyabrın 22-də azərbaycanlı hərbçinin öldürülməsini pisləyiblər”.

F.Şəfiyevin fikrincə, həmsədrlərin Ermənistan tərəfinin hərəkətlərinə mənfi münasibət göstərdikləri ilə bağlı ümumi nəticəyə gəlmək olar:

“Lakin bir sual yenə də açıq qalır: bütün bunlar danışıqların gələcəyinə necə təsir edəcək?”

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin sentyabrın 24-də Nyu-Yorkda baş tutan görüşü barədə bəyanat yayıblar.

Həmsədrlər, nazirlər gərginliyi azaltmaq, barışığa və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirləri müzakirəyə davam ediblər.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 193