“İnter” və “Milan” yeni stadionuna 1,2 milyard avro investisiya qoyacaqbackend

“İnter” və “Milan” yeni stadionuna 1,2 milyard avro investisiya qoyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, “İnter” birgə hazırlanan 2 layihəni öz sosial şəbəkə səhifəsində dərc edib.

Milan şəhərinin klublarının ev matçlarını keçirəcəyi bu yeni stadion 60 min tamaşaçı tutacaq. Arenaya bitişik ərazidə turist və əyləncə mərkəzləri tikiləcək. Burada təxminən 3500 iş yeri açılacaq. Tikintiyə qoyulacaq investisiyalar 1,2 milyard avroya yaxın olacaq.

Qeyd edək ki, komandaların hazırda ev matçlarını keçirdiyi “San-Siro” stadionu 1926-cı ilin sentyabrında inşa olunub. 1979-cu ildə arena İtaliya yığmasının əfsanəsi Cüzeppe Meattsa adını daşımağa başlayıb.

“İnter” və “Milan” yeni stadionuna 1,2 milyard avro investisiya qoyacaq