FIFA-nın sorğusunda Məhəmməd Salahın səslərinin qeydə alınmamasının səbəbi bəlli olubbackend

FIFA-nın sorğusunda Məhəmməd Salahın səslərinin qeydə alınmamasının səbəbi bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AP-yə istinadən xəbər verir ki, ali futbol qurumu Misir tərəfinin şikayətinə münasibət bildirib.

\”İmzalar böyük hərflərlə yazılıb, bu səbəbdən etibarsız sayılıb. Digər tərəfdən, vərəqələrdə federasiyanın baş katibinin imzası yox idi\”, – FIFA-dan bildirilib.

Bundan əlavə, FIFA Misir Futbol Federasiyasından səslərin təsdiqlənməsini istədiklərini və düzgün doldurulmuş formaların avqustun 19-dək təqdim oluna biləcəyini iki dəfə xatırlatdığını vurğulayıb.

Qeyd edək ki, Lionel Messi ilin ən yaxşı futbolçusu nominasiyasında Vircil van Deyk və Kriştianu Ronaldunu qabaqlayıb.

Daha öncə Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç və Nikaraqua yığmasının kapitanı Xuan Barrera Messiyə səs vermədiklərini deyiblər.