Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda “Ağıllı körpü” layihəsinin icrası başa çatdırılıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun və Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin birgə reallaşdırdığı “Ağıllı Körpü” icrasının baş çatdırılmasına dair tədbir keçirilib.

Dərc edilib: 27 sentyabr 2019 [10:49]
Baxış sayı: 6532

İnterpress.az xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açıb.

Onun sözlərinə görə, layihənin məqsədi texnologiyanın transferinə və elmin kommersiyalaşdırılmasına əsaslanaraq qurulan innovativ sahibkarlığın inkişafını dəstəkləməkdir: "Bu məqsədlə həyata keçirilən təlim və mentorluq fəaliyyətləri Azərbaycanda innovasiya ekosisteminin inkişafı aspektində innovativ sahibkarlığın inkişafı, eləcə də elmi-təhsil-biznes əməkdaşlığının formalaşdırılması prosesinə töhfə verir".

Nazir müavini vurğulayıb ki, KOİCA ilə əməkdaşlığa xüsusi önəm verilir: "Çünki innovativ sahibkarlığın inkişaf etdirilməsi vacib əhəmiyyətə malikdir. Hazırda Azərbaycan informasiya texnologiyaları sahəsində xidmət ixrac edir”.

Daha sonra KOİCA-nın Azərbaycan ofisinin direktoru Park Kumok bildirib ki, Azərbaycanda innovativ iqtisadiyyatın prosesi Koreyanın xüsusi marağında olub.

Xatırladaq ki, "Ağıllı Körpü" layihəsi çərçicəsində bu il avqustun 30-dan sentyabrın 14-nə qədər keçirilmiş təlimlərdə 60-dan çox şəxs, o cümlədən 20-ə yaxın universitet, dövlət və özəl qurumlardan nümayəndələr iştirak edib.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208